24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:21

R.Barrikello: “Sennanın tabutunu daşıdığımı xatırlamıram”

R.Barrikello: “Sennanın tabutunu daşıdığımı xatırlamıram”

Müəllif: Rauf Hacıyev, redaktor

16:17 - 26 Aprel, 2016

Sabiq Formula1 sürücüsü Rubens Barrikello Braziliyada bir verilişə qonaq olub. Braziliyalı sürücü Ayrton Sennanın tabutunu daşıyanlardan biri olsa da, həmin anı xatırlamadadığını bildirib…

F-1.az xatırladır ki, Rubens Barrikello 1994-cü ilin San Marino QP-də sıralanma turunda ağır qəza keçirtmişdi. Braziliyalı bu qəzadan sonra şoka düşmüşdü və yaddaşını itirmişdi.

Bu qəzadan iki gün sonra isə Ayrton Senna qəza edərək, dünyasını dəyişmişdi. Rubens Barrikello da Sennanın dəfn mərasimində iştirak etmişdi. Şəkildən də göründüyü kimi, Barrikello Ayrton Sennanın tabutunu daşıyanlar arasında yer almışdı.

Rubens Barrikello: ” İmoladakı qəzanı xatırlamıram. Çox böyük qəza idi. Mən orada vəziyyətdən çıxmaq istəsəm də, bolid mənə kömək etmədi.

Mən Braziliyaya qayıdanda Senna ölmüşdü. Yaddaşımı itirmişdim və qəzadan sonrakı 1 ayı xatırlamıram.

Sennanın tabutunu daşıdığımı xatırlamıram. Doğrudan xatırlamıram. Şəkilləri gördüm, amma yenə də xatırlamıram”.

Barrikello ağır qəza etməsinə və həmin həftəsonu dünyasını dəyişən Ayrton Senna və Roland Ratzenbergerin ölümünə baxmayaraq, yenidən sükan arxasına keçmişdi. Braziliyalı bildirib ki, bu hadisələrdən sonra o, bolidi aqressiv sürücülər kimi idarə edirdi: “Bu hadisələrdən sonra öz-özümə soruşdum. Bolidə minib, yarışa çıxmaqdan qorxacam? Qorxmayacam, elə deyilmi?

Sonra qərar verdim ki, yenidən yarışacam və sürətli dövrə vuracam. Ya yeni rekord qıracaqdım, ya da yenidən qəza edəcəkdim və bu əsl dəlilik idi.

Bəxtim gətirdi ki, hər şey yaxşı qurtardı və öz rekordumu yenilədim. Bu mənim israrlılığım və istəyim hesabına oldu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 514
Teqlər ,
Paylaş

logo