24 Noyabr 2017, Cümə - 17:12

Qyedo Le Man yarışına qatılacaq

Qyedo Le Man yarışına qatılacaq

Müəllif: Rauf Hacıyev, redaktor

15:04 - 15 Yanvar, 2016

Keçmiş F1 pilotu Qyedo van der Qarde 2016-cı il mövsümü üçün Le Man yarışında start almaq üçün JOTA komandası ilə müqavilə bağlayıb.

F-1.az xəbər verir ki, hollandiyalı sürücü müqaviləyə əsasən, həm “Le Manın 24 saatı”, həm də “Spanın 6 saatı” yarışlarında mübarizə aparacaq.

Xatırladaq ki, 30 yaşlı van der Qarde 2013-cü ildə Caterham komandası ilə Formula1-də debüt edib. 2014-cü ildə isə Sauber komandasında test pilotu kimi çıxış edib. Hollandiyalı pilot 2015-ci ildə Sauber komandası ilə yarışmaq üçün müqavilə bağlasa da, Sauber komandası müqavilənin şərtərini pozub. Buna görə də van der Qarde komandanı məhkəməyə verərək böyük məbləğdə təzminat alıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 358
Teqlər , , , , ,
Paylaş

logo