Qeyri-rəsmi: S.Sirotkin Williams-la müqavilə imzalayıb

Bəzi rus saytları artıq həmvətənlərinin gələn ildən çempionatda əsas sürücü kimi debüt edəcəyi xəbəri yayıblar.

F-1.az xəbər verir ki, Rusiyanın ən nüfuzlu F1news.ru resursu komandada olan etibarlı mənbəyə istinadən Sergeyin Williams komandası ilə müqavilə imzaladığını bildirib.

Valideynlərinin Bakıda doğulduğu Sergey Sirotkin 15 milyon dollarlıq sponsor paketinə malikdir. Bir neçə gün əvvəl komanda əsas heyətini gələn il açıqlayacağını bəyan etmişdi.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*