Qətərdə Ferrari-nin nümayişinə 20 min adam toplaşıb (video)

Qətərdə avtomobil sərgisinə hazırlıq çərçivəsində Ferrari komandası nümayiş şousu keçirib. Skuderiyanın test sürücüsü Mark Jene Dohanın mərkəzində quraşdırılmış 3 kilometrlik […]

Qətərdə avtomobil sərgisinə hazırlıq çərçivəsində Ferrari komandası nümayiş şousu keçirib. Skuderiyanın test sürücüsü Mark Jene Dohanın mərkəzində quraşdırılmış 3 kilometrlik süni trasda 300 km/saat sürət yığa bilib. İspaniyalı sürücü Ferrari F2008-in sükanı arxasında olub, nümayişi və mexaniklərin pit-stoplarını izləmək üçün küçələrə 20 min adam axışıb.

Mark Jene: “Maraqlı gün oldu. Belə gözəl yerdə nümayiş şousu keçirməkdən xüsusi zövq aldım. Əvvəllər belə tədbirlərə qatılmırdım. İnanmıram ki, kimsə belə şouda 300 km/saat sürət yığırdı, amma tamaşaçıların maraqlı baxışlarını hiss etdikcə, akseleratora daha aktiv basırdım. Buna trasda imkan verirdi, F2008 də – əla maşındır.”

İspaniyalı sürücünün fikrincə, belə şoular Formula1-in populyarlaşmasında böyük rol oynayır: “Yaxşıdır ki, biz idmanı insanlara yaxınlaşdırırıq, xüsusən də Formula1-in əvvəllər heç olmadığı bir ölkədə. Mən təşkilatçılara minnətdarlıq etmək istəyirəm, çünki təhlükəsizlik yüksək səviyyədə idi, tamşaçılar isə tamaşanı çox yaxından izləyə bildilər.

Mənim Qətərdən çox xoşum gəlir – 2004-cü ildə mən bura MotoGP yarışlarına gəlmişdim və deyə bilərəm ki, ölkə çox dəyişib, inkişaf edib. Bizi çox gözəl qəbul etdilər, insanlar Ferrari-yə maraqlarını göstərirdilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*