Qautenq əyaləti BMW Sauber-in yeni sponsorudur?

Keçən ilin yanvarında Renault komandası və Cənubi Afrika Respublikasının Qautenq əyalətinin (paytaxtı Yohannesburq olan ən varlı əyalət) hökuməti arasında müqavilənin […]

Keçən ilin yanvarında Renault komandası və Cənubi Afrika Respublikasının Qautenq əyalətinin (paytaxtı Yohannesburq olan ən varlı əyalət) hökuməti arasında müqavilənin bağlanıldğı elan olunmuşdu. Əməkdaşlıq paytaxtın küçələrində Renault-nun şousu ilə başlamışdı, daha sonra isə maşınların üzərində əyalətin loqotipəri peyda olmuşdu. Aksiyanın məqsədi Formula1-in Cənubi Afrikaya qayıtması layihəsini dəstəkləmək idi.

Son şayiələrə görə, layihənin loqotipləri bu ildən BMW Sauber maşınlarına yapışdırılacaq, yerli mətbuatın xəbərinə əsasən, dünya çempionatının milli mərhələsi Qautenqdə 2012-ci ildə keçirilə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*