23 Oktyabr 2018, Çərşənbə axşamı - 02:53

Q.van der Qarde: “O qadının getməsinə sevindim”

Q.van der Qarde: “O qadının getməsinə sevindim”

Müəllif: Rauf Hacıyev, redaktor

18:37 - 04 Yanvar, 2018

Sabiq Formula1 sürücüsü Qyedo van der Qarde bildirib ki, Sauber komandasının Monişa Kaltenbornu göndərməsi doğru qərar olub.

F-1.az xatırladır ki, hindistanlı sabiq rəhbər Sauber-ə 2012-ci ildə gəlmiş, amma 2017-ci ilin Azərbaycan Qran Prisindən əvvəl komanda ilə yolları ayrılmışdı.

Qeyd edək ki, Monişa 2015-ci ildə van der Qardeni komandaya transfer etsə də, hollandiyalı sürücü Sauber-in heyətində heç bir yarışda iştirak edə bilməmiş və böyük qalmaqal yaşanmışdı.

Qiedo van der Qarde: “Məncə, buna layiq idi. O qadın Sauber-i məhv etdi. Sauber komandasının gözəl keçmişi var. O ayrılandan sonra komanda doğru yolu tapa bildi. Sauber-in yeni rəhbəri Frederik Vassyör daha təcrübəlidir. Onun istedadından xəbərdaram və komandaya daha çox xeyir verəcək. Alfa Romeo-nun hesabına Ferrari-nin ikinci komandası oldular. Bu müqavilə onlara hərtərəfli fayda gətirəcək. Uzun sözün qısası, o qadının qovulmasına sevindim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 231
Teqlər , ,
Paylaş

logo