15 Dekabr 2018, Şənbə - 04:48

P.Zauber: “Yeni maşında soyutma problemləri yoxdur”

P.Zauber: “Yeni maşında soyutma problemləri yoxdur”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:22 - 16 Fevral, 2013

Yığcam yan pantonlar yeni Sauber C32-nin konstruksiyasının əsas xüsusiyyətidir. Bir çox ekspertlər hesab edirlər ki, motorun soyudulması ilə bağlı yeni […]

Yığcam yan pantonlar yeni Sauber C32-nin konstruksiyasının əsas xüsusiyyətidir. Bir çox ekspertlər hesab edirlər ki, motorun soyudulması ilə bağlı yeni maşında problemlər olacaq, amma Peter Zauber əmindir ki, mühəndislər hər şeyi nəzərə alıblar…

Peter Zauber: “Yeni maşının yan pantonları dar alınıb, amma bizim maşında soyutma problemləri yoxdur. C32 isti havaya hazırdır, bizim hesablamalara görə, hətta +35 dərəcədə də problem olmayacaq. Soyutma sistemi Malayziyada daöz işinin öhdəsindən gələcək.

Xeres testlərində biz sürətli nəticə arxasınca düşməmişdik, ikinci gün bizim maşının yanacaq çənində 100 kq yanacaq var idi, amma rəqiblərimiz trasa 30-60 kq yanacaqla çıxmışdılar.

Keçən il biz Esteban Qutyerresin GP2-də nəticələrindən çox razı deyildik, hətta məyus olmuşduq. Biz qəti əmin deyildik ki, onu sükan arxasına oturtmaq vaxtıdır. Amma indi ümid edirəm ki, elə ilk yarışdan Esteban Niko Hülkenberqin səviyyəsində çıxış edə biləcək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 297
Teqlər , , , ,
Paylaş

logo