P.Zauber: “BMW-nin tələbləri çox böyükdür”

Dünən komandaların, FİA-nın və FOM-un qarşılıqlı münasibətlərini təyin edən və gəlirin bölgüsünə təminat verən Razılıq Müqaviləsinin imzalanmasının son günü başa […]

Dünən komandaların, FİA-nın və FOM-un qarşılıqlı münasibətlərini təyin edən və gəlirin bölgüsünə təminat verən Razılıq Müqaviləsinin imzalanmasının son günü başa çatıb. Müqaviləyə BMW Sauber-dən başqa bütün komandalar imza atıblar – komandanın satışını tez bir müddətdə başa çatdırmaq mümkün olmayıb, Peter Zauberin fikrincə, buna səbəb BMW-nin tələblərinin böyüklüyü olub…

Peter Zauber:BMW-nin Formula1-i tərk etməsini elan etməsindən sonra mən komandanı xilas etməyə çalışıram, amma BMW ilə ilk danışıqlar uğursuz alınıb – onların tələbləri həddən böyük olub. Nəticədə biz Razılıq Müqaviləsini imzalaya bilmədik, Müqavilə isə komandanın gələcəyini təmin edəcək gəlirlər vəd edir.

Mən çox məyus oldum, bu mənim 40 illik avtoidman karyeramda ən acı gündür və bizim komandanın ən böyük uğursuzluğudur. Məsələnin digər həlli olmalıdır, amma indi məsuliyyəti BMW daşıyır. Əlbəttə, mən əvvəlki kimi komandanı xilas etmək üçün hər şeyə əl atacam.”

Peter Zauber komandanın səhmlərinin 20%-nə sahibdir, şayiələrə görə, tərəflər bir neçə il əvvəl BMW-nin yeni avadanlıqlarla təchiz etdiyi Hinvildəki bazanın qiymətində razılıq əldə edə bilməyiblər. Bavariyalıların tələb etdikləri qiymət potensial müştərilər üçün çox böyük olub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*