Pyer Qasliyə xəbərdarlıq edilib

Bugünkü ilk məşqlərdə Pyer Qasli və Lyuis Həmilton arasındakı insidenti araşdıran stüardlar fransalı sürücüyə xəbərdarlıq elan ediblər.

F-1.az xatırladır ki, sessiyanın ortasında Pyer şikananın qarşısında gözlənilmədən sürətini azaldıb, bu isə arxadan sürətlə gələn Həmilton üçün sürpriz olub – Lyuis şikananı kəsərək trasdan çıxmalı olub.

Hazırda Qaslinin aktivində iki xəbərdarlıq var – əgər mövsümün sonuna qədər Pyer daha bir xəbərdarlıq alarsa, onda növbəti yarışın startında 10 yer itirməli olacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*