P.Simonds Formula1-ə qayıtmağa ümid edir

Renault komandasının keçmiş texniki direktoru Pət Simondsun sözlərinə görə, gələcəkdə Formula1-də aktiv işə qayıtmaq istəyir, çünki əvvəlki kimi avtoidmanı sevir. […]

Renault komandasının keçmiş texniki direktoru Pət Simondsun sözlərinə görə, gələcəkdə Formula1-də aktiv işə qayıtmaq istəyir, çünki əvvəlki kimi avtoidmanı sevir.

2008-ci ildə Sinqapur Qran Prisinin nəticələrinə təsir etdiyi üçün FİA-nın qərarına əsasən Simonds Formula1-dən uzaqlaşdırılıb, formal olaraq o, 2013-cü ilə qədər paddoka qayıda bilməz, amma özünün Neutrino Dynamics şirkəti vasitəsilə komandalara məsləhətlər verir.

Pət Simonds: “Gələcəkdə daha aktiv fəaliyyətə qayıtmağa ümid edirəm. Mənim üçün əvvəlki kimi çox şey maraqlıdır. Hazırda mən məsləhətçiyəm, yarışlarla bağlı az iş görmürəm. Amma əvvəlki kimi Formula1-i mühəndis aspektlərinə görə sevirəm. Əlbəttə, mən avtoidmana çox bağlıyam, ondan kənarda qala biləmərəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*