20 Noyabr 2017, Bazar ertəsi - 13:19

Proqram xətası Ferrari-yə Melburnda mane olub

Proqram xətası Ferrari-yə Melburnda mane olub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:59 - 28 Mart, 2014

Britaniyanın Autosport saytının bildirdiyinə görə, mühərriyi idarəetmə blokunun proqram təminatındakı xəta Melburnda Ferrrari sürücülərinə motorun tam potensialından istifadə etməyə mane […]

Britaniyanın Autosport saytının bildirdiyinə görə, mühərriyi idarəetmə blokunun proqram təminatındakı xəta Melburnda Ferrrari sürücülərinə motorun tam potensialından istifadə etməyə mane olub – sürücülər MGU-K generatorundan motora əlavə 120 kVt güc ala bilmirlərmiş.

Qaydalara görə, MGU-K maşının sürəti 100 km/saatı keçdikdən sonra aktivləşdirilə bilər – bu məhdudiyyətə FİA-nın tərtib etdiyi xüsusi proqram nəzarət edir, amma keçən yarışın ilk dövrələrində proqram xəta verib. Boksdan aldıqları əmrdən sonra sürücülər sistemi mexaniki yolla aktivləşdiriblər, ilk pit-stop zamanı isə proqram yenidən yüklənib, amma onun normal işləməsini təmin etmək mümkün olmayıb. Ona görə də Alonso və Rəykkönen düz yolda rəqiblərinə uduzublar.

Bu gün səhər proqrama düzəlişlər edilib ki, həmin problemlərin təkrarlanmasının qarşısı alınsın.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 120
Teqlər , , ,
Paylaş

logo