20 Noyabr 2017, Bazar ertəsi - 07:49

Prodrive 2010-cu ildə debüt edəcək?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:36 - 23 Aprel, 2009

Bir neçə il əvvəl Prodrive şirkəti FİA-nın elan etdiyi çempionatda 12-ci vakant komanda yerini qazanmışdı, amma sonra müştəri maşınları ilə […]

Bir neçə il əvvəl Prodrive şirkəti FİA-nın elan etdiyi çempionatda 12-ci vakant komanda yerini qazanmışdı, amma sonra müştəri maşınları ilə anlaşılmazlıqlar üzündən çempionatda iştirakdan imtina etmişdi. Bu gün Prodrive-ın başçısı Dəvid Riçards bildirib ki, Ümumdünya Şurasının gələn ildən büdcəni məhdudlaşdırmaq tədbirləri imkan verir ki, şirkət yenidən Formula1-də iştirak imkanlarını qiymətləndirsin…

Dəvid Riçards: “FİA və FOM-un səyləri əsil inqilaba səbəb ola bilər, söhbət Formula1-in əvvəlki idellara qayıtmasından gedir, yəni kim daha qabaqcıl texniki qərarlardan istifadə edirsə, işini yaxşı təşkil edirsə, o da qalib gəlir. Biz bu vəziyyəti nikbinliklə qiymətləndiririk, amma təkliflərin son versiyasını gəzləmək lazımdır. Əgər bu təkliflər bizim üçün effektiv maliyyə və idman şəraiti təmin edərsə, onda biz layihəmizin startını elan edəcəyik.

Bizə 2007-ci ildə qazandığımız təcrübə kömək edəcək, o zaman biz çempionatda iştiraka hazırlaşırdıq. Biz motor təchizatçılarından biri ilə danışıqlar aparırıq, danışıqlar Cosworth şirkətilə də gedir, Cosworth Formula1 üçün universal müştəri motorlarının təchizatçısı ola bilər, əvvəllər DFV motorunu alıb yarışlarda qalib gəlmək olardı. Kim altıtəkərli Tyrell-i, qraun-effektli Lotus-u, pərli Brabham-ı unuda bilər – Formula1 həmin vaxtdan ciddi dəyişib, amma müştəri motorları ilə qələbə qazanamq imkanı əvvəlki kimi yaxşıdır.

Hələlik xırdalıqlardan danışmaq tezdir, yeni reqlamentin dərcindən sonra biz onu müzakirə edəcəyik və qərar qəbul edəcəyik.”

Maraqlıdır, gələn ilin yazında starta nə qədər komanda çıxacaq?


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 75
Teqlər
Paylaş

logo