19 Noyabr 2017, Bazar - 01:34

Problemlərə baxmayaraq Alonso razı qalıb

Problemlərə baxmayaraq Alonso razı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

17:12 - 21 Oktyabr, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, hidravlik problemə baxmayaraq, Ostində ilk gündən razı qalıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 1-ci sərbəst yürüşlərdə hidravlik problemlər yaşayaraq, nəticə göstərə bilməyib. ikinci sessiyada isə 7-ci yeri tutub.

Fernando Alonso: “Səhər hidravlik problemə görə birinci sessiyada iştirak edə bilmədik. Bu pis oldu. Çünki gələn il üçün test etmək istədiyimiz bəzi detallar var idi. İkinci sessiyada isə fərqi bağlamaq çətin idi. Meksikada yenidən test etməyə çalışacağıq. Boliddən maksimumu çıxara bilmədik. Daha yaxşısını edə bilərəm. Bir neçə saniyə də çıxara bilərəm.

Ferstappen və Hülkenberqin cəza aldığını bilirik. Buna görə də sıralanma turunda son sessiyaya qala bilsək, daha yaxşı yerdən başlayacağıq.

Əgər son sessiyaya qala bilməsək, amma təzə təkərlərlə 9-cu yerdən başlaya bilsək, çox yaxşı olar.

Ostin trası bu bolidlərlə həzz verdi. Xüsusən də, ilk sektordakı sürətli döngələr əyləncəli idi. Keçən ilə nisbətən daha çox zərbə var. Buna görə də sükandan daha bərk yapışmalısınız. Bundan başqa təhlükəsizlik kəməri daha bərk bağlanmalıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 835
Teqlər , , ,
Paylaş

logo