23 Oktyabr 2017, Bazar ertəsi - 17:16

Porsche Red Bull-u alır?

Porsche Red Bull-u alır?

Müəllif: Rauf Hacıyev, redaktor

09:57 - 14 Sentyabr, 2017

Son çıxan iddialara əsasən Porsche növbəti illərdə Red Bull-u, Honda isə Toro Rosso komandasını ala bilər.

F-1.az xatırladır ki, Porsche şirkəti 2021-ci ildə Formula1-ə girməyi düşündüklərini açıqlamışdılar. Yeni cüt turbolu V6 mühərrikləri dəyərləndirən Luts Meşk bildirmişdi ki, bu faktor Formula1-ə girmələrinə kömək edəcək. Paddokda çıxan xəbərlərə əsasən Porsche növbəti illərdə Red Bull komandasını alaraq, öz baza komandası ilə yarışmaq istəyir. Belə olan halda, Red Bull-un hazırkı heyətində heç bir dəyişiklik baş verməyəcək. Kristian Horner komanda rəhbəri, Ədrian Nyui isə texnologiya şöbəsində rəhbər olacaq.

Digər iddialara əsasən isə, gələn il Honda mühərriyinə keçməyə hazırlaşan Toro Rosso komandasını yaponiyalılar ala bilər. Honda gələn il Toro Rosso-ya həm pulsuz mühərrik verəcək, həm də illik ödəmə edəcək. Əgər 2018-ci ildə mühərrikdə inkişaf baş versə, Toro Rosso-nu satın alacaqlar. Red Bull rəhbərliyi də bu satışa maraqlıdır. Belə olan halda, Red Bull şirkəti Formula1-də sponsor olaraq qalacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 311
Teqlər , , ,
Paylaş

logo