24 Noyabr 2017, Cümə - 17:12

Porsche komandası 919 Hybrid sportprototipini yeniləyib

Porsche komandası 919 Hybrid sportprototipini yeniləyib

Müəllif: Ruslan Musayev, redaktor

14:45 - 26 Mart, 2016

Porsche şirkəti bu il Le Manın 24 saatlıq marafonu da daxil olmaqla dözümlülük yarışları üzrə dünya çempionatının (WEC) ən yüksək kateqoriyası olan LMP1-də çıxış edəcək 919 Hybrid sportprototipinin yenilənmiş variantını təqdim edib. Avtomobil güc qurğusunun təkmilləşdirilmiş elementlərini, yeni rəng çalarlarını və hər biri müxtəlif trassalara uyğun gələn aerodinamik dəstəyin üç yeni növünü əldə edib. Mühəndislər qabaq oxun hərəkətə gətirilməsinə cavabdeh olan elektrik ötürməsinin tərkib hissələrini yeniləyiblər.

Əlavə olaraq, onlar yeni litium-ion batareyalar dəstini tətbiq ediblər. Avtomobilin daxili yanma mühərriyi dəyişilməz olaraq qalıb. Söylənilənlərə görə, hibrid aqreqatın ümumi gücü 900 at qüvvəsinin ustündədir. Bir gün bundan əvvəl, Audi Motorsport komandası yeni mövsümdə istifadə edəcəyi R18 e-tron quattro sportprototipini nümayiş etdirmişdi. Rəqib komandanın avtomobilinin hidrid aqreqatının gücü 830 at qüvvəsindən 1000 at qüvvəsinə yüksəldilib.

F-1.az bildirir ki, yeni mövsümdə Porsche komandası iki heyət ilə çıxış edəcək. Birinci heyətin tərkibinə keçən il çempionluq titulunu əldə etmiş Mark Uebber, Brendon Hartli və Timo Bernhard, ikinci heyətə isə Romen Düma, Nil Yani və Mark Lib daxildirlər.

WEC (World Endurance Championship) çempionatının ilk mərhələsi aprelin 17-də Silverstounda keçiriləcək altı saatlıq marafon olacaq. Le Manın 24 saatı marafonu isə iyunun 18-19-da (Bakıdakı Avropa Qran Prisi ilə eyni gündə) keçiriləcək. Çempionatın son yarışı isə noyabrın 19-da Bəhreyndə keçiriləcək altı saatlıq marafon olacaq.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm WEC
Mənbə
Baxış Sayı 416
Teqlər
Paylaş

logo