Porsche idmana qayıdır?

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Porsche Formula1-ə qayıtmaq üçün 2021-ci ildə tətbiq olunacaq reqlamenti gözləyir.

F-1.az xatırladır ki, Porsche modifikasiya edilmiş LMP1 maşını ilə Formula1 traslarındakı rekordları qırmağa çalışır. Bundan başqa almaniyalı şirkət 2021-ci ildə tətbiq ediləcək reqlamentin çıxmasını gözləyir.

Gerhard Berger: “Porsche 2021-ci ildə Formula1-ə qayıtmağı düşünür. Sadəcə may ayında açıqlanacaq yeni mühərrik reqalmenti ilə tanış olmaq istəyirlər. Qərarlarını o zaman verəcəklər”.

Formula1-in idman direktoru Ross Braun bu barədə belə danışıb: “Porsche kimi böyük komandaları Formula1-də görmək istəyirik. Bunun üçün əlimizdən gələni edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*