19 Noyabr 2017, Bazar - 19:56

Porsche də FİA-nı tənqid edib

Porsche də FİA-nı tənqid edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:58 - 22 Mart, 2014

Formula1-in Avstraliyada ilk yarışı yanacaq sərfiyyatını ölşən cihazların dəqiqlik problemini üzə çıxarıb. Eyni cihazlardan bu il dözümlülük yarışları üzrə dünya […]

Formula1-in Avstraliyada ilk yarışı yanacaq sərfiyyatını ölşən cihazların dəqiqlik problemini üzə çıxarıb. Eyni cihazlardan bu il dözümlülük yarışları üzrə dünya çempionatında da (WEC) istifadə olunacaq – LMP1 sinfində benzin motorlarında iki belə cihaz, dizel motorlarında isə üç cihaz quraşdırılacaq. Porsche şirkətinin LMP1 layihəsində texniki direktoru Aleks Hittsinger FİA-nı tənqid atəşinə tutub…

Aleks Hittsinger: “Əslən cihaz problemi bizi ləngitmir, çünki maşın üzərindəki iş prosesinə təsir etmir. Amma hələ də bizim etibar edə biləcəyimiz cihaz bizə təqdim olunmayıb. FİA ümid edirki, cihaz son modeli etibarlıdır və normal işləyəcək, amma bunu hələ də sübut edə bilməyib. Əlbəttə, biz cihazın yerləşdirilməsinin optimal variantını tapacayıq, amma hələ də cihazın etibarlılığına inanmırıq. Martın sonuna qədər bunu aydınlaşdırmaq lazımdır”.

Bu il WEC çempionatında Porsche komandasının iki maşınını Roman Düma, Nil Yani, Mark Lib, Timo Bernard, Brendon Hartli və Formula1-in veteranı Mark Uebber təmsil edəcəklər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 356
Teqlər , , ,
Paylaş

logo