P.Maldonado Massanın kartinq turnirinə qoşulacaq

Yanvarın ortalarında Braziliyanın Florianapolis şəhərində Felipe Massanın təşkil etdiyi ənənəvi İnternational Challenge of the Stars kartinq turniri kçeiriləcək. Bir az […]

Yanvarın ortalarında Braziliyanın Florianapolis şəhərində Felipe Massanın təşkil etdiyi ənənəvi İnternational Challenge of the Stars kartinq turniri kçeiriləcək. Bir az əvvəl məlum olmuşdu ki, turnirdə ilk dəfə Fernando Alonso da iştirak edəcək. Bu gün isə turnirin təşkilatçıları bir neçə iştirakçının da adını açıqlayıblar.

İnternational Challenge of the Stars-da öz iştiraklarını Williams-ın sürücüsü Pastor Maldonado, keçmiş Formula1 sürücüsü Vitantonio Liutsi, Braziliyanın stok-kar çempionatının qalibi Kaka Bueno və braziliyalı qadın sürücü, İndyCar çempionatının iştirakçısı Bia Fiqeyredo təsdiq ediblər.

Təşkilatçıların sözlərinə görə, iştirakçıların siyahısı hələ tam müəyyənləşməyib, danışıqlar davam edir – namizədlər arasında Mixael Şumaherin, Kamui Kobayaşinin və Valentino Rossinin adları çəkilir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*