P.Lou da Mercedes AMG-yə keçir?

McLaren komandasının texniki direktoru Pəddi Lou Mercedes AMG komandasına keçir – bu xəbəri də Almaniyanın Sport Bild qəzeti yayıb. Qəzetin […]

McLaren komandasının texniki direktoru Pəddi Lou Mercedes AMG komandasına keçir – bu xəbəri də Almaniyanın Sport Bild qəzeti yayıb. Qəzetin bildiriyinə görə, Lounun saqqızını Mercedes-Benz Grand Prix-ə təzə icraçı direktor təyin olunmuş Toto Volff oğurlayıb. Toto təcrübəli britaniyalı mühəndisi əvvəlcə Williams-a dəvət etmək istəyirdi, amma vəziyyət bir qədər dəyişib.

Qəzetin yazdığına görə, Lounu Mercedes AMG-yə gətirmək elə də asan başa gəlməyib. Sport Bild ehtimal edir ki, tezliklə komandanı iki vacib şəxs tərk edəcək: Ross Braun və Nik Fray. Xatırladaq ki, qəzetin son günlərdə verdiyi bütün xəbərlər tezliklə öz təsdiqini tapıblar…

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*