P.Lami və S. Burde Spada qalib gəliblər

Məşhur Spa trasında Lə Man seriyasının növbəti mərhələsi keçirilib. Min km-lik yarış çətin şəraitdə keçib və altı saatdan sonra dayandırılıb, […]

Məşhur Spa trasında Lə Man seriyasının növbəti mərhələsi keçirilib. Min km-lik yarış çətin şəraitdə keçib və altı saatdan sonra dayandırılıb, yarışın qalibi isə dizelli Peugeot 908-in sürücüləri elan olunublar. Podiumun ən yüksək zirvəsinə keçmiş Formula1 sürücüləri Pedro Lami və Sebastyen Burde, həmçinin, onların komanda yoldaşı Simon Pajeno qalxıblar.

Yarış yağışdan sonra nəm və sürüşkən olan trasda başlayıb, yarışın gedişində isə avtodromda elektrik enerjisi kəsildiyi üçün bir saat dayandırılıb. Finişə yaxın isə yağış yenidən yağmağa başlayıb. Belçika trasının xüsusiyyətlərini nəzərə alsaq, bu heç də təəccüblü deyil – bu trasda həmişə qəzalar çox olur.

Gələcək qaliblər pouldan start alsalar da, elə birinci döngədəcə Lami yerində fırlanıb. Bundan sonra uzun müddət yarışa Audi ekipajı başçılıq edib, amma yarışın dayandırılması Alan Maknişin birdəqiqəlik üstünülüyünü heçə endirib. Bundan sonra Peugeot düzgün taktika seçib, finişdə isə Lami, Burde və Pajeno üçlüyü digər Peugeot üçlüyünü – Stefan Sarrazanı, Nikolya Minasyanı və Frank Montanyini bir dövrə qabaqlayıblar.

GT2 sinfində uğursuz sıralanma turundan sonra AF Corse komandasının sürücüləri – Jan Alezi, Cankarlo Fizikella və Toni Vilander Ferrari F430-la podiuma qalxa biliblər – onlar üçüncü olublar.

İndi bütün iştirakçılar mövsümün əsas yarışı olan əfsanəvi “Lə Manın 24 saatı” yarışına hazırlaşacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*