10 Dekabr 2018, Bazar ertəsi - 19:23

Pis hava Haas komandasına necə təsir edib?

Pis hava Haas komandasına necə təsir edib?

Müəllif: Rauf Hacıyev, redaktor

14:22 - 04 Mart, 2018

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, testlərin pis keçməsi kiçik komandalara daha çox təsir edir.

F-1.az xatırladır ki, hava şəraiti pis olduğu üçün testlərin ikinci günündə komandalar tam işləyə bilməyiblər, üçüncü gün isə, ümumiyyətlə, heç trasa çıxa bilməyiblər.

Günter Ştayner: “Böyük komandalar testlərdə daha çox iş gördükləri üçün bizdən az itirirlər. Əlverişli nəticə almaq üçün bütün resurslardan testlərdə istifadə edə bilirlər. Melburnda kiçik komandalar daha çox zərər görmüş olacaq. Güclü komandaların resursu çoxdur. Bu işlər belə gedir. Gələn həftə yaxşı olmalıdır. Deyəsən, yağış yağmayacaq və temperatur artacaq. 16-17 dərəcə isti olsa, normal işləmək olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 170
Teqlər ,
Paylaş

logo