15 Dekabr 2017, Cümə - 23:33

Pirelli Yaponiya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Yaponiya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:09 - 27 Sentyabr, 2017

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Yaponiya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, Pirelli Suzuka avtodromuna orta üçlüyü gətirəcəyini elan etmişdi. Sürücülər mövsümdə 8-ci dəfə bu üçlükdən istifadə edəcəklər – ona görə də gözlənildiyi kimi, SuperSoft təkərlərə üstünlük veriblər. Ən bərk ağ təkərlərdən birdən artığını yalnız Bottas, Rəykkönen, Peres, Okon və Qrojan sifariş ediblər. Force İndia sürücüləri isə 3 dəst Medium-la yəqin fərqli yarış taktikası üzərində düşünüblər. McLaren sürücüləri isə 10 dəst SuperSoft sifariş verməklə, sıralanma turunda son sessiyaya keçməyə ümid edirlər.

Sonda qeyd edək ki, Soft və Medium tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

SürücüKomandaMediumSoftSuperSoft 
Lyuis HəmiltonMercedes AMG157
Valtteri BottasMercedes AMG247
Daniel RikkardoRed Bull139
Maks FerstappenRed Bull139
Sebastyan FettelFerrari157
Kimi RəykkönenFerrari247
Serxio PeresForce İndia337
Esteban OkonForce İndia337
Felipe MassaWilliams148
Ləns StrollWilliams148
Fernando AlonsoMcLaren1210
Stoffel VandornMcLaren1210
Karlos SaynsToro Rosso139
Pyer QasliToro Rosso139
Roman QrojanHaas247
Kevin MaqnussenHaas157
Niko HülkenberqRenault139
Colion PalmerRenault139
Paskal VerlyaynSauber139
Markus ErikssonSauber139

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 103
Teqlər , , , , ,
Paylaş

logo