10 Dekabr 2018, Bazar ertəsi - 10:29

Pirelli yanvarın 23-də yeni təkər barədə danışacaq

Pirelli yanvarın 23-də yeni təkər barədə danışacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:22 - 07 Yanvar, 2013

Braziliya Qran Prisinin cümə sərbəst yürüşlərinin birinci sessiyasında komandalar Pirelli şirkətinin yeni mövsüm üçün hazırladığı təkərlərin prototipləri ilə tanış olmuşdular […]

Braziliya Qran Prisinin cümə sərbəst yürüşlərinin birinci sessiyasında komandalar Pirelli şirkətinin yeni mövsüm üçün hazırladığı təkərlərin prototipləri ilə tanış olmuşdular – şirkət İnterlaqosa yeni konstruktivi gətirmişdi, amma tərkiblər əvvəlki kimi qalmışdı ki, mühəndislər yeni təkərlərin maşınlarda işləməsi zamanı forma və xarakteristika dəyişmələrini nəzərə ala bilsinlər.

Yeni təkərlərlə komandalar mövsümöncəsi testlərin gedişində daha yaxından tanış olacaqlar, yanvarın 23-də isə Pirelli şirkəti xüsusi mətbuat konfransı keçirəcək və yeni təkərlər barədə, dəyişmiş markalanma üsulu barədə danışacaq.

Aşağıda 2011-ci və 2012-ci illər üçün şirkətin hazırladığı tərkibləri və onların markalanmasını görürsünüz, ekspertlərin fikrincə markalanma Medium və Hard tərkiblərinə aid olacaq ki, teleyayım zamanı və tribunalardan azarkeşləri bu tərkiblərdi asanlıqla ayıra bilsinlər…

pirelli-2011
pirelli-2012


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 113
Teqlər
Paylaş

logo