Pirelli test iştirakçıları siyahısını təsdiq edib

Pirelli qarşıdakı həftədə Fransanın Pol Rikar avtodromunda başlayacaq təkər testlərinin iştirakçıları siyahısını təsdiq edib.

F-1.az xatırladır ki, ikigünlük sessiyanın proqramında yağış təkərlərinin müxtəlif nümunələrinin yoxlanmasıdır. Üç komanda – Ferrari, Red Bull və McLaren Le Kastelleyə keçənilki maşınları ilə gələcəklər: maşınlar keçən mövsümün son yarışında olduğu konfiqurasiyada olmalıdırlar, heç bir yeniliyi test etmək olmaz, çünki qarşıdakı testlər yalnız təkərlərin sınağı üçündür.

Biz artıq yazmışdıq ki, Red Bull komandasını testlərdə Daniel Rikkardo və Daniil Kvyat təmsil edəcəklər. McLaren komandası əsas sürücülərini narahat etməməyi qərara alaraq işi komandanın ehtiyat sürücüsü və GP2 çempionu Stoffel Vandornun ixtiyarına buraxıb. Ferrari isə testlərə təkcə Sebastyan Fetteli deyil, həm də Kimi Rəykköneni cəlb etməyi düşünür, hərçənd, finlandiyalı sürücü əvvəlcədən bu testlərə qatılmaq istəmədiyini demişdi.

Pirelli-nin mətbuat xidməti rəsmi Twitter səhifəsində bildirib ki, “hər şey yağış təkərlərin testinə hazırdır, bazar ertəsi və çərşənbə axşamı Pol Rikarda səhər saat 9-dan axşam saat 5-dək işləyəcəyik…”

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*