Pirelli tələsmir

Pirelli Motorsport-un rəhbəri Pol Hembri bildirib ki, Formula1 ilə müqaviləni uzatmaq üçün danışıqlara başlamaq hələ tezdir.

F-1.az xatırladır ki, Pirelli-nin Formula1 ilə olan müqaviləsi 2019-cu ildə bitəcək. İtalyanlar Liberty Media gələndən sonra nələrin baş verəcəyini görmək istəyirlər.

Pol Hembri: “Hələ 2017-ci ilin ilk yarışına çıxmamışıq. Buna görə də bu barədə danışmaq üçün hələ tezdir. Əvvəlcə idmanın necə olacağını başa düşməliyik. Qaydaların dəyişməsi ilə idmanın inkişaf edib-etməyəcəyini görüb, qərar verməliyik. Hazırda hər şey müəmmalıdır. Bu hal hamı üçün eynidir. Mövsüm ərzində nələr edəcəyimizlə bağlı qərar verəcəyik. Görək nə olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*