Pirelli təkərlərin markalanmasını dəyişib

Mövsümün əvvəlində Pirelli şirkəti təkər tərkiblərini yan tərəfindəki yazının rəngi ilə fərqləndirməyi elan edərkən, bir çoxları hesab etmişdilər ki, bu […]

Mövsümün əvvəlində Pirelli şirkəti təkər tərkiblərini yan tərəfindəki yazının rəngi ilə fərqləndirməyi elan edərkən, bir çoxları hesab etmişdilər ki, bu yazını sürətlə hərəkət edən maşında seçmək mümkün olmayacaq.

Avstraliya Qran Prisində bərk və yumşaq təkər tərkiblərini yalnız bəzi kameralardan seçmək olurdu, ona görə də istehsalçılar markalanmanı dəyişməyi qərara alıblar – bu uik-end yumşaq təkərlərin yan tərəfində sarı yaz ilə yanaşı eyni rəngli zolaqlar da peyda olacaq. Amma bu hələlik müvəqqəti qərardır, Avropa yarışları ərəfəsində son variant təsdiq olunacaq.

Pol Hembri: “Bir çoxları gileylənirdilər ki, təkərləri seçə bilmirlər və rəngli zolaq ideal qərar deyil. Bu zolaqlar Malayziyada peyda olacaq və Türkiyədə yox olacaq. Türkiyədə biz Pirelli və P-Zero yazılarını böyüdüb yaxınlaşdırmaq istəyirik ki, rəngli sahə böyüsün.

Nəticədə fırlanan təkərdə qara rəng deyil, markalanma rəngi dominantlıq edəcək. Kənardan elə görünəcək ki, təkərin yan tərəfi bir rəngə boyanıb. Testlərdə biz bunu artıq yoxlamışıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*