17 Dekabr 2017, Bazar - 10:06

Pirelli təkər sırasını genişləndirib

Pirelli təkər sırasını genişləndirib

Müəllif: Elçin Zodorov, redaktor

20:21 - 23 Noyabr, 2017

Formula1-in təkər təchizatçısı Pirelli növbəti il üçün olan təkərləri cümə axşamı Əbu Dabidə təqdim edib. Sliklərin sırası genişləndirilərək tərkib sayı yeddiyə qaldırılıb – gələn mövsümdən etibarən biz yeni SuperHard və HyperSoft tərkibləri də görəcəyik.

F-1.az xatırladır ki, bu mövsüm istifadə olunan 5 slikdən ən sərti – Hard tərkib İspaniya Qran Prisinə gətirilmiş, lakin sürücülər tərəfindən tənqid olunduğu üçün daha sonra heç bir yarışda təklif edilməmişdi. Gələn mövsüm təkərlər bir pillə yumşalacaq – builki Hard təkərlər növbəti il SuperHard adlandırılacaqlar. Yağış və keçid təkərlərin rəngləri dəyişdirilməyəcək.

Pirelli ən yumşaq təkərin adlandırılması üçün sorğu keçirmişdi və azarkeşlərin 62%-i HyperSoft-a səs vermişdi.

Mario İzola: “HyperSoft Formula1 üçün indiyə qədər hazırladığımız ən yumşaq tərkibdir. Biz qərara aldıq ki, gələn mövsüm üçün sadəcə tərkibləri yumşaltmayaq, həm də aşınmanın az olduğu traslar üçün yeni tərkib də yaradaq. Asfaltla ilişmə maksimum olmalıdır. Biz gördük ki, bu mövsüm nadir hallarda bizim tərkiblərimiz konservativ olur. Gələn mövsüm əksər yarışlarda sürücülər azı iki pit-stop etməli olacaqlar. Bunlarla yanaşı, konsepsiyanı dəyişməmişik və sürücülərin bu il xoşladığı bütün xüsusiyyətləri qorumuşuq”.

Qeyd edək ki, SuperHard təkərlər bu il Hard təkərlər kimi narıncı rəngdə boyanacaq. Hard təkərlər isə yağış təkərləri ilə demək olar ki, eyni – mavi rəngdə olacaqlar. Ən yumşaq yeni tərkib üçün isə çəhrayı rəng seçilib…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 331
Teqlər , ,
Paylaş

logo