16 Dekabr 2017, Şənbə - 03:30

Pirelli Sinqapur Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Sinqapur Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

15:43 - 07 Sentyabr, 2017

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli Sinqapur Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, Pirelli Marina Beyə ən yumşaq üçlüyü gətirəcəyini elan etmişdi. Sürücülər gözlənildiyi kimi, UltraSoft təkərlərə üstünlük veriblər. Mercedes və Ferrari sürücüləri fərqli seçimlər ediblər.

Sonda qeyd edək ki, Soft və SuperSoft tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

SürücüKomandaSoftSuperSoft UltraSoft
Lyuis HəmiltonMercedes AMG229
Valtteri BottasMercedes AMG139
Daniel RikkardoRed Bull1210
Maks FerstappenRed Bull1210
Sebastyan FettelFerrari2110
Kimi RəykkönenFerrari1210
Serxio PeresForce İndia1210
Esteban OkonForce İndia1210
Felipe MassaWilliams1210
Ləns StrollWilliams1210
Fernando AlonsoMcLaren1210
Stoffel VandornMcLaren1210
Karlos SaynsToro Rosso139
Daniil KvyatToro Rosso139
Roman QrojanHaas148
Kevin MaqnussenHaas148
Niko HülkenberqRenault1210
Colion PalmerRenault1210
Paskal VerlyaynSauber229
Markus ErikssonSauber1210

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 538
Teqlər , , , , , ,
Paylaş

logo