24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:30

Pirelli Sinqapur QP üçün təkər seçimini elan edib

Pirelli Sinqapur QP üçün təkər seçimini elan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:07 - 03 İyun, 2016

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti Sinqapur Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlayıb.

F-1.az xatırladır ki, builki reqlamentə görə, şirkət Avropa yarışları üçün təkər seçimini yarışa 8 həftə qalmış elan edir, Avropadan kənarda olan yarışlara isə təkər seçimi yarışa 14 həftə qalmış elan olunur. Ona görə də Belçika və İtaliya yarışları üçün təkər tərkibləri elan olunmamış, mövsümün ilk səfər yarışına təkər seçimi bəyan olunub.

Sentyabrın ortalarında şəhər trasında baş tutacaq yarış üçün Pirelli gözlənildiyi kimi ən yumşaq üçlüyünü seçib – Soft, SuperSoft və UltraSoft. Bazar günü yarışın gedişində sarı (Soft) və qırmızı (SuperSoft) tərkiblərinin hər hansından bir dəst mütləq istifadə olunmalıdır.

Mərhələ / TərkiblərUltraSoftSuperSoftSoftMediumHard
Markalanma rəngiBənövşəyiQırmızıSarıNarıncı
Avstraliya Qran PrisiSuperSoftSoftMedium
Bəhreyn Qran PrisiSuperSoftSoftMedium
Çin Qran PrisiSuperSoftSoftMedium
Rusiya Qran PrisiSuperSoftSoftMedium
İspaniya Qran PrisiSoftMediumHard
Monako Qran PrisiUltraSoftSuperSoftSoft
Kanada Qran PrisiUltraSoftSuperSoftSoft
Avropa Qran PrisiSuperSoftSoftMedium
Avstriya Qran PrisiUltraSoftSuperSoftSoft
Böyük Britaniya Qran PrisiSoftMediumHard
Macarıstan Qran PrisiSuperSoftSoftMedium
Almaniya Qran PrisiSuperSoftSoftMedium
Belçika Qran Prisihələ elan olunmayıb
İtaliya Qran Prisihələ elan olunmayıb
Sinqapur Qran PrisiUltraSoftSuperSoftSoft

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 251
Teqlər , , , ,
Paylaş

logo