19 Oktyabr 2018, Cümə - 03:03

Pirelli sadə yolla yeni qaydaları izah edib (video)

Pirelli sadə yolla yeni qaydaları izah edib (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:28 - 16 Mart, 2016

Pirelli şirkətinin mətbuat xidməti builki təkər reqlamentini asan başa düşmək üçün əyani vəsait kimi videoçarx hazırlayıb.

F-1.az şirkətin rəsmi saytına istinadən həmin çarxı mətni ilə diqqətinizə çatdırır:

– Adət etdiyimiz dörd quru təkər tərkibinə bu il beşinci əlavə olunur – UltraSoft;

– Hər bir yarışda komandaların sərəncamında 3 tərkib sliklər olacaq;

– Bir maşın üçün nəzərdə tutulan təkər dəstləri belə olacaq: 3 dəst yağış təkəri, 4 dəst keçid təkəri, 13 dəst slik;

– Bütün təkərlərə ştrix-kod vurulur və FİA təkər dəstlərini Qran Priyə iki həftə qalmış təsadüfi qaydada komandalar arasında bölüşdürür;

Pirelli hər bir maşın üçün yarışa iki təkər dəstini məcburi elan edir (onlardan biri mütləq istifadə olunmalıdır), bundan başqa daha bir ən yumşaq təkər dəsti də sıralanma turunun finalında istifadə olunmalıdır.

– Komandalar yerdə qalan 10 dəstin seçimində azaddırlar;

– Hər bir komandanın hər bir sürücüsü müxtəlif təkər dəstləri seçə bilər;

– Hər bir sürücü Qran Pri məsafəsində ən azı iki təkər tərkibindən istifadə etməlidir;

– Yağış təkərlərində istifadə məsələsində reqlament dəyişməyib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 290
Teqlər ,
Paylaş

logo