Pirelli Rusiya Qran Prisi üçün təkər seçimini elan edib

İtalyan təkər təchizatçısı Rusiyadakı yarışa gətirəcəyi tərkibləri açıqlayıb. Bu il debüt edən HyperSoft təkərlər mövsümdə dördüncü dəfə Soçidə sürücülərin ixtiyarına veriləcək.

F-1.az xatırladır ki, reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.

Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi Pirelli-yə qaytarmalıdırlar.

Rusiyada Soft, UltraSoft və HyperSoft tərkiblər gətiriləcək. Yeni HyperSoft təkərlərin Soçiyə də gətirilməsini bir qədər sürpriz hesab etmək olar.

İlk iki tərkib məcburi elan edilib, yəni yarışın gedişində bu tərkiblərdən hər hansı birindən mütləq istifadə olunmalıdır.

Mərhələ / Tərkiblər SuperHard Hard Medium Soft SuperSoft UltraSoft HyperSoft
Markalanma rəngi Narıncı Mavi Sarı Qırmızı Bənövşəyi Çəhrayı
Avstraliya Qran Prisi Soft SuperSoft UltraSoft
Bəhreyn Qran Prisi Medium Soft SuperSoft
Çin Qran Prisi Medium Soft UltraSoft
Azərbaycan Qran Prisi Soft SuperSoft UltraSoft
İspaniya Qran Prisi Medium Soft  SuperSoft
Monako Qran Prisi  SuperSoft UltraSoft HyperSoft
Kanada Qran Prisi SuperSoft UltraSoft HyperSoft
Fransa Qran Prisi Soft SuperSoft UltraSoft
Avstriya Qran Prisi Soft SuperSoft Ultrasoft
Britaniya Qran Prisi Hard Medium Soft
Almaniya Qran Prisi Medium Soft UltraSoft
Macarıstan Qran Prisi Medium Soft UltraSoft
Belçika Qran Prisi
İtaliya Qran Prisi
Sinqapur Qran Prisi Soft UltraSoft HyperSoft
Rusiya Qran Prisi Soft UltraSoft HyperSoft
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*