24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:33

Pirelli Rəykkönenin sonuncu təkər probleminin səbəbini tapıb

Pirelli Rəykkönenin sonuncu təkər probleminin səbəbini tapıb

Müəllif: Elçin Zodorov, redaktor

20:07 - 26 İyul, 2017

Britaniya Qran Prisində Ferrari-nin hər iki sürücüsünün maşınlarında sol ön təkərlərində problem yaranmışdı – Rəykkönendə təkərin üst qatı açılmış, Fetteldə isə deşilərək tamamilə dağılmışdı.

F-1.az xatırladır ki, Pirelli keçən həftə Sebastyan Fettelin maşınının Silverstounda partlamış sol ön təkəri (Soft tərkibli) üzərində təhlillərini başa çatdırdığını elan etmişdi. İtalyanlar özlərinə yarışdan dərhal sonra məlum olan səbəb üzərində dayanmışdılar – təkərin dağılmasına kiçik bir deşik səbəb olmuşdu. Lakin Kimi Rəykkönenin təkərinin deşilməsinin səbəbinin araşdırılması üçün bir qədər vaxtın lazım olduğu bildirilmişdi.

Pirelli Macarıstan Qran Prisinə bir neçə gün qalmış açıqlayıb ki, Rəykkönenin təkərinin deşilməsində şirkət günahkar deyil – təkərdə istehsalla bağlı heç bir qüsur olmayıb. Problemə xarici təsirlər səbəb olub. Araşdırma zamanı təkərin çiyni sahəsində iki zədələnmə müəyyən olunub.

Pirelli-nin mühəndisləri hesab edirlər ki, kənar elementlə təmas təkərin hər iki zədəli yerində tədricən üst layın açılmasına səbəb olub. Bu yerlərdən birində protektor tam qopub, amma təkərin bütövlüyü dağılmayıb, ona görə də sürücü daha az zaman itirərək boksa qayıda bilib.

Pirelli-də bəzi testlər keçirilblər, həm təkərin dağılması üzrə, həm də ümumi. Liderlər qrupunda olan digər sürücülərin daha uzun məsafə qət etmiş təkərləri də testlərə cəlb olunub. Bu təkərlərdə rezinin strukturunu dəyişən materialın yorulması, dağılması və digər zədələnmələr müəyyən olunmayıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 272
Teqlər , , , ,
Paylaş

logo