24 Noyabr 2017, Cümə - 17:14

Pirelli Ostində UltraSoft təkərlərin rəngini dəyişəcək

Pirelli Ostində UltraSoft təkərlərin rəngini dəyişəcək

Müəllif: Elçin Zodorov, redaktor

10:07 - 17 Oktyabr, 2017

Liberty Media süd vəzi xərçəngi xəstələrinə maliyyə və informasiya yardımı göstərən Susan G. Komen fondu ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. Onlar ABŞ Qran Prisi günlərində paddokda bu problemə diqqətləri cəlb etməyə çalışacaqlar.

F-1.az bildirir ki, Force İndia komandası bu təşəbbüsü çoxdan dəstəkləyir, ABŞ-da isə digər komandalar da Drive for the Cure proqramında iştirak edərək ona qoşulacaqlar. Pirelli şirkəti də həmrəylik nümayiş etdirmək üçün UltraSoft təkərlərin rəng çalarlarını dəyişmək qərarına gəlib. İtalyanlar ən yumşaq təkərləri Ostindəki yarış üçün çəhrayı rəngə boyayıblar: “Pirelli şirkəti olaraq bu təşəbbüsü dəstəkləyirik və bu mesajı insanlara effektli şəkildə çatdırmaq üçün təkərlərdən istifadə edəcəyik. Bu, həmrəylik və məqsədyönlülük simvolu olduğu qədər, bu proqramın vacibliyinin xatırladıcısıdır. Odur ki, növbəti həftəsonu çəhrayı barədə düşünməyi unutmayın”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 408
Teqlər , , , , ,
Paylaş

logo