21 May 2018, Bazar ertəsi - 05:28

Pirelli-nin prezidenti komandaların başçıları ilə görüşüb

Pirelli-nin prezidenti komandaların başçıları ilə görüşüb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:25 - 07 May, 2011

Pirelli şirkətinin prezindeti Marko Tronketti Provera bu gün İstanbul Parkın paddokuna baş çəkib və komandaların başçıları ilə görüşüb, sabah isə […]

Pirelli şirkətinin prezindeti Marko Tronketti Provera bu gün İstanbul Parkın paddokuna baş çəkib və komandaların başçıları ilə görüşüb, sabah isə anoloji görüş sürücülərlə olacaq…

Pol Hembri, Pirelli Motorsport-un başçısı: “Biz cənab Tronkettini Pirelli üçün tarixi bir gündə salamlamağa şadıq.

Bu gün komandalar uik-end çərçivəsində birinci dəfə yağış və keçid təkərləri ilə işləyiblər. Biz keçən ay burda eyni təkərlərlə testlər keirmişdik və bu gün həmin nəticələr təsdiqləndi – təkərlər hətta belə çətin şəraitdə çox effektiv oldu.

Uik-endin qalan günləri hava günəşli olmalıdır, amma əgər yenidən yağış yağarsa, yağış təkərləri otuz dövrədən çox məsafə qət edə bilər, keçid təkərləri isə iyirmi dövrədən artıq. Ona görə də heç bir problem gözləmirik.

Bu gün komandalar yeni Hard tərkibini də sınayıblar, bu təkərlər İspaniya Qran Prisi üçün nəzərdə tutulub. Yeni təkərlər əvvəlkilərə sürətdə uduzsa da, daha dözümlü və stabildirlər. Hazırda biz komandaların fikirlərini öyrənməklə məşğuluq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 77
Teqlər
Paylaş

logo