24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:34

Pirelli-nin 2017-ci il üçün olan təkərləri göründü

Pirelli-nin 2017-ci il üçün olan təkərləri göründü

Müəllif: Elçin Zodorov, redaktor

14:05 - 01 Avqust, 2016

Pirelli-nin 2017-ci il üçün olan təkərlərinin testləri artıq başlayıb. Bu təkərləri ilk olaraq Ferrari, Red Bull və Mercedes AMG komandaları test edəcəklər. Əldə edilən nəticələr bütün komandalarla paylaşılacaq. Yerdə qalan komandalar isə yeni təkərləri mövsüm bitdikdən sonra yoxlamaq şansını əldə edəcəklər.

F-1.az xəbər verir ki, bu gün testlər başlamamışdan əvvəl Pirelli yeni təkərlərin şəkillərini paylaşıb. Bu təkərləri yoxlayan ilk komanda Ferrari-dir. Sebastyan Fettel bu gün səhərdən 2017-ci ilin reqlamentinə uyğun modifikasiya edilmiş 2015-ci ilin bolidi SF15-T ilə Fioranoda trasa çıxıb. O, quru hava təkərləri ilə bir neçə dövrə vurduqdan sonra yağış təkərlərinə keçib. Fetteli sabah Esteban Qutyerres əvəzləyəcək.

Ferrari-dən sonra isə növbə Red Bull-a çatacaq. Avstriya təmsilçisi çərşənbə və cümə axşamı Mugelloda yeni təkərləri yoxlayacaq. Pirellinin 2017-ci il təkərlərinin test təqvimini təqdim edirik.

TarixTrasKomandaTəkərin növü
11-2 avqustFioranoFerrariYağış təkərləri
23-4 avqustMugelloRed BullSliklər
36-7 sentyabrBarcelonaFerrariSliklər
46-8 sentyabrPol RikarMercedes AMGSliklər
521-22 sentyabrPol RikarMercedes AMGYağış təkərləri
612-13 oktyabrBarselonaMercedes AMGSliklər
714-16 oktyabrƏbu DabiRed BullSliklər
82-3 noyabrƏbu DabiRed BullYağış təkərləri
914-16 noyabrƏbu DabiFerrariSliklər
1029 noyabrƏbu DabiBütün komandalarYekun qiymətləndirmə

 

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 199
Teqlər , , , , , ,
Paylaş

logo