21 Noyabr 2018, Çərşənbə - 22:11

Pirelli mübarizəyə hazırdır

Pirelli mübarizəyə hazırdır

Müəllif: Rauf Hacıyev, redaktor

10:12 - 13 Avqust, 2018

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, başqa təkər istehsalçısı ilə mübarizəyə hazırdırlar.

F-1.az xatırladır ki, italyan şirkət 2011-ci ildən Formula1 komandalarını təkərlə təmin edir. Amma 2002-2007-ci illərdə idmanda BridgestoneMichelin təkərlərinn mübarizəsini izləmişdik.

Mario İzola: “Əgər yenidən bu vəziyyətə qayıtmağa qərar verilsə, mübarizəyə hazırıq. Bu. yeni çağırışdır, çünki tək təkər təminatçısı olanda hədəfləriniz aşağı olur. Amma rəqabət olanda hədəf sadəcə performans olur. Bu, komandalar üçün də belədir”.

Amma fərqli təkər istehsalçılarının olması xərclərn artmasına səbəb ola bilər: “Formula1 tək istehsalçı olmasını istəyir. Çünki bu pula qənaət deməkdir. Amma təkər mübarizəsi olsa, əlavə test sessiyalarına ehtiyac olacaq və buna görə xərclər artacaq. Xərcləri aşağı salmaq istəyirlərsə, bu, doğru yol deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 136
Teqlər ,
Paylaş

logo