13 Dekabr 2018, Cümə axşamı - 01:10

Pirelli mövsüm təkərlərini təqdim edib (video)

Pirelli mövsüm təkərlərini təqdim edib (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:36 - 24 Yanvar, 2013

Bu gün Milanda Pirelli şirkətinin mənzil qərargahında qarşıdakı yarış mövsümünə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda çıxış edən şirkətin başçısı […]

Bu gün Milanda Pirelli şirkətinin mənzil qərargahında qarşıdakı yarış mövsümünə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda çıxış edən şirkətin başçısı Marko Tronketti Provera bildirib ki, Pirelli Formula1-də qalmaq istəyir və ümid edir ki, bu belə də olacaq.

Təkər istehsalçısı Formula1-də növbəti inqilab vəd edib – komandalara keçən illə müqayisədə daha böyük temperaturda dağılan yumşaq təkərlər veriləcək. Yeni təkərlər komandaların arzularına və FİA-nın təsdiq etdiyi reqlamentə əsasən hazırlanıb. Təkərlərin yalnız tərkibləri deyil, həm də konstruksiyaları da dəyişdirilib – indi təkərlər daha elastik olub, çiyinləri isə gücləndirilib.

Bu innovasiyalar sürəti qaldırmaq üçün nəzərdə tutulub, eyni zamanda Qran Prinin gedişində sürücülərin ən azı iki dəfə pit-stopa girməsinə təminat verilib.

Təkərlərin markalanması da dəyişib: yan tərəfə vurulmuş loqotip və zolaqlar daha parlaq rəngə boyanıb və qammada yeni rəng peyda olub – Hard tərkibin keçənilki gümüşü rəngini bu il narıncı rəng əvəz edəcək.

Yeni təkərlərin əsas fərqli xüsusiyyəti daha yumşaq olmalarıdır, ona görə də təkərlər işçi temperatura daha tez çatdırılacaq, dövrələri keçmək zamanı isə keçən illə müqayisədə təxminən 0.5 saniyə yaxşılaşacaq. İndi tərkiblərin sürət fərqi dövrədə 0.5 saniyə olacaq – keçən illə müqayisədə bu kəmiyyət də artıb. Dağılmanın daha intensiv temperaturu, həmçinin, tərkiblər arasındakı nəzərəçarpan sürət fərqi yarış zamanı ötmələrin sayını artırmalıdır.

Formula1 üçün nəzərdə tutulan təkərlər Pirelli-nin Milandakı laboratoriyalarında hazırlanır, Türkiyənin İzmit şəhərindəki zavodda istehsal olunurlar. Vacib keyfiyyət və kompleks yoxlamalardan sonra Britaniyanın Didkotdakı logistika mərkəzinə göndərilir, ordan isə müxtəlif traslara çatdırılır. Yenə də hər komanda hər bir sürücüsü üçün uik-endə 11 dəst təkər alacaq – 6 dəst bərk slik və 5 dəst yumşaq slik. Hər bir yarışa Pirelli 1800-dən çox təkər gətirir.

FİA-nın reqlamentinə uyğun olaraq təkərlər komandalar arasında təsadüfi rəqəmlər metodu ilə paylanır, bunun üçün ştrix-kodlardan istifadə olunur. İstehsal zamanı hər bir təkərin yan tərəfinə ştrix-kod vurulur – bu təkərin bir növ “pasportu” sayılır. Təkərlərin paylanması ilə FİA məşğul olur, Pirelli bu prosesdə iştirak etmir. Hər bir yarışda Pirelli 55 nəfərlik yarış briqadası ilə təmsil olunur…

pirelli-2
pirelli-3
pirelli-4

Pirelli-nin 2011-ci il mövsümü üçün hazırladığı təkərlər

pirelli-2011
Pirelli-nin 2012-ci il mövsümü üçün hazırladığı təkərlər

pirelli-2012


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 303
Teqlər , ,
Paylaş

logo