16 Dekabr 2017, Şənbə - 15:06

Pirelli Meksika Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Meksika Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

13:37 - 18 Oktyabr, 2016

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Meksika Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, gələn həftənin sonunda baş tutacaq yarışa Pirelli mövsümdə ən çox istifadə olunan orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcək, ABŞ-da olduğu kimi Medium və ya Soft tərkiblərindən istifadə yarış zamanı məcburi olacaq.

Mercedes AMG sürücüləri son yarışlarda olduğu kimi, yenə də fərqli seçimlər ediblər. Eyni şey Ferrari sürücüləri üçün də deyilə bilər. Esteban Qutyerres isə Medium tərkibdən cəmi bir dəst sifariş edib…

SürücüKomandaMediumSoftSuperSoft
Lyuis HəmiltonMercedes AMG355
Niko RosberqMercedes AMG445
Sebastyan FettelFerrari346
Kimi RəykkönenFerrari256
Valtteri BottasWilliams337
Felipe MassaWilliams337
Daniel RikkardoRed Bull346
Maks FerstappenRed Bull346
Niko HülkenberqForce İndia337
Serxio PeresForce İndia337
Kevin MaqnussenRenault526
Colion PalmerRenault436
Daniil KvyatToro Rosso238
Karlos SaynsToro Rosso238
Fernando AlonsoMcLaren346
Censon BattonMcLaren346
Markus ErikssonSauber337
Felipe NasrSauber337
Paskal VerlyaynManor256
Esteban OkonManor256
Roman QrojanHaas247
Esteban QutyerresHaas157

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 280
Teqlər , , , ,
Paylaş

logo