23 Noyabr 2017, Cümə axşamı - 22:25

Pirelli Meksika Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Meksika Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:02 - 17 Oktyabr, 2017

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Meksika Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, Pirelli Rodriges qardaşlarının adını daşıyan avtodroma mövsümdə 9-cu dəfə ən yumşaq üçlüyü gətirəcəyini elan etmişdi. Sürücülər gözlənildiyi kimi, ən yumşaq tərkibə üstünlük veriblər. Maraqlıdır ki, ən güclü 3 komandanın sürücüləri fərqli sayda UltrSoft sifariş veriblər: Mercedes sürücüləri 9 dəst, Ferrari sürücüləri 7 dəst istədikləri halda, Red Bull sürücüləri cəmi 6 dəstlə kifayətləniblər.

Sonda qeyd edək ki, Soft və SuperSoft tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

SürücüKomandaSoftSuperSoftUltraSoft
Lyuis HəmiltonMercedes AMG139
Valtteri BottasMercedes AMG229
Daniel RikkardoRed Bull346
Maks FerstappenRed Bull346
Sebastyan FettelFerrari157
Kimi RəykkönenFerrari247
Serxio PeresForce İndia229
Esteban OkonForce İndia1210
Felipe MassaWilliams2110
Ləns StrollWilliams1210
Fernando AlonsoMcLaren2110
Stoffel VandornMcLaren1210
Daniil KvyatToro Rosso1210
Pyer QasliToro Rosso1210
Roman QrojanHaas238
Kevin MaqnussenHaas148
Niko HülkenberqRenault1210
Karlos SaynsRenault1210
Paskal VerlyaynSauber238
Markus ErikssonSauber238

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 357
Teqlər , , , , ,
Paylaş

logo