Pirelli markalanmanı dəyişəcək

Mövsümün arxada qalan üç Qran Prisində Pirelli üç markalanma variantından istifadə edib. Avstraliyada markalanma kimi müxtəlif rəngli loqotiplərdən istifadə olunmuşdu, […]

Mövsümün arxada qalan üç Qran Prisində Pirelli üç markalanma variantından istifadə edib. Avstraliyada markalanma kimi müxtəlif rəngli loqotiplərdən istifadə olunmuşdu, Malayziyada bunlara yumşaq təkərlədə sarı zolaqlar əlavə olundu, Çində isə zolaqların rəngi ağ oldu.

Düzdür, hər növbəti markalanma vəziyyəti yaxşılaşdırsa da, tərkibləri seçmək heç həmişə mümkün olmayıb. Ona görə də Türkiyədə Pirelli növbəti markalanmanı təklif edəcəklər – onların sözlərinə görə, bu dəfə hər şey aydın görünəcək.

Şirkətin idman proqramının başçısı Pol Hembri bildirib ki, İstanbulda təkərlərin yan tərəfi tam müvafiq rəngə boyanacaq (Hard ağ rəngə və Soft sarı rəngə): “Türkiyədən başlayaraq, biz yeni markalanmadan istifadə edəcəyik. Təkərlərin yan tərəfi tam rənglənəcək, ona görə də hətta maşının hərəkəti zamanı dərhal hansı tərkibdən istifadə olunması görünəcək. İndi hər şey aşkar olacaq.”

Maraqlıdır ki, 25 il əvvəl, 1986-cı ildə Pirelli təkərlərini belə rəngləmişdi, amma o zaman bu, Benetton komandasının şəxsi təşəbbüsü idi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*