23 Oktyabr 2017, Bazar ertəsi - 17:20

Pirelli Macarıstan Qran Prisi üçün təkər seçimini elan edib

Pirelli Macarıstan Qran Prisi üçün təkər seçimini elan edib

Müəllif: Elçin Zodorov, redaktor

16:52 - 25 May, 2017

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün ilk on Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlamışdı. Bu gün isə Macarıstanda baş tutacaq mövsümün 11-ci yarışı üçün təkər seçimi elan edilib.

F-1.az xatırladır ki, Pirelli Silverstouna gətirəcəyi təkər dəstləri ilə bağlı fikrini dəyişmişdi. Buna səbəb isə sürücülərin sərt tərkiblərlə bağlı kəskin tənqidləri olmuşdu. Lakin Macarıstana gətiriləcək tərkiblər əvvəlcədən planlaşdırılandan fərqlənmir – təchizatçı Silverstoundan sonra Hunqarorinqdə də komandalara Medium, Soft və SuperSoft tərkibləri verəcək.

Baxmayaraq ki, Macarıstanda keçən il də eyni tərkiblərdən istifadə edilmişdi, bu qərarı sürpriz kimi qəbul etmək olar. Çünki bu il tərkiblər daha sərtdir və Hunqarorinqdə asfaltla ilişmə böyük əhəmiyyət daşıyır. Buna görə də Pirelli-nin ən yumşaq tərkibləri seçəcəyi gözlənilirdi. Lakin italyan şirkət öz qərarını dəyişməyib.

Medium və Soft tərkiblər məcburi elan olunub…

Mərhələ / TərkiblərUltraSoftSuperSoftSoftMediumHard
Markalanma rəngiBənövşəyiQırmızıSarıNarıncı
Avstraliya Qran Prisi UltraSoftSuperSoftSoft
Çin Qran PrisiSuperSoftSoftMedium
Bəhreyn Qran PrisiSuperSoftSoftMedium
Rusiya Qran PrisiUltraSoftSuperSoftSoft
İspaniya Qran PrisiSoftMediumHard
Monako Qran PrisiUltraSoftSuperSoftSoft
Kanada Qran PrisiUltraSoftSuperSoftSoft
Azərbaycan Qran PrisiSuperSoftSoftMedium
Avstriya Qran PrisiUltraSoftSuperSoftSoft
Britaniya Qran PrisiSuperSoftSoftMedium
Macarıstan Qran PrisiSuperSoftSoftMedium

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 73
Teqlər , , , , , ,
Paylaş

logo