21 Sentyabr 2018, Cümə - 06:54

Pirelli lazımi məlumatları toplayıb

Pirelli lazımi məlumatları toplayıb

Müəllif: Rauf Hacıyev, redaktor

17:09 - 06 Mart, 2018

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, ilk testlərdə istədikləri nəticəni alıblar.

F-1.az xatırladır ki, birinci qış testlərində yağan qara görə komandalar çox iş görə bilməmişdilər.

Mario İzola: “Testlərin ilk həftəsində hava dəyişkən idi. Xüsusən də çərşənbə günü qara görə heç dövrə vura bilmədik. Buna görə də bir günü tam itirdik. İlk gündəki nəticələr keçənilkindən zəif idi. Bu isə ideal vəziyyətdən çox uzaqdadır və yenə də vacib məlumatlar topladıq. Trasdakı şərait də nəticələrə təsir etdi. Təkərlərin tam performansını görmək asan olmayacaq. Avstraliyada daha yaxşı məlumatlar toplaya bilərik. İkinci test həftəsində atılan dövrələr vacib olacaq. Onda dəqiq məlumat toplayacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 119
Teqlər ,
Paylaş

logo