17 Dekabr 2017, Bazar - 00:27

Pirelli Kanada Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Kanada Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

12:21 - 31 May, 2016

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Kanada Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, keçən il burada komandalar Soft və SuperSoft tərkiblərindən istifadə etmişdilər. Pirelli yeni təkər tərkibi olan UltraSoft-u Monakodan sonra bura da gətirir. Dərc olunmuş siyahıda komandaların UltraSoft tərkibə üstünlük verdikləri görünür. Renault və Haas komandasının sürücüləri isə SuperSoft təkərləri ümumiyyətlə sifariş etməyiblər…

SürücüKomandaSoftSuperSoftUltraSoft
Lyuis HəmiltonMercedes AMG328
Niko RosberqMercedes AMG328
Sebastyan FettelFerrari337
Kimi RəykkönenFerrari337
Valtteri BottasWilliams247
Felipe MassaWilliams337
Daniel RikkardoRed Bull427
Maks FerstappenRed Bull427
Niko HülkenberqForce İndia436
Serxio PeresForce İndia436
Kevin MaqnussenRenault508
Colion PalmerRenault508
Daniil KvyatToro Rosso247
Karlos SaynsToro Rosso247
Fernando AlonsoMcLaren346
Censon BattonMcLaren346
Markus ErikssonSauber256
Felipe NasrSauber256
Paskal VerlyaynManor346
Rio HaryantoManor346
Roman QrojanHaas3010
Esteban QutyerresHaas3010

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 461
Teqlər , , , ,
Paylaş

logo