24 Oktyabr 2018, Çərşənbə - 09:06

Pirelli Kanada Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Kanada Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

12:09 - 29 May, 2018

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Kanada Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xəbər vermişdi ki, italyanlar Monakoda olduğu kimi, okeanın o tayına da ən yumşaq üçlüyü gətirəcəklər. Komandalar fərqli seçimlər ediblər. Məsələn, Ferrari sürücüləri UltraSoft tərkiblərdən 3 dəst sifariş ediblərsə, Mercedes sürücüləri bu tərkibdən onlara həftəsonu ərzində 5 dəstin lazım olacağını düşünüblər. Strollun seçimi də maraqlıdır – o öz vətənində 5 dəst SuperSoft və cəmi 1 dəst UltraSoft tərkibdən istifadə edəcək.

SürücüKomandaSuperSoftUltraSoftHyperSoft
Lyuis HəmiltonMercedes AMG355
Valtteri BottasMercedes AMG355
Sebastyen FettelFerrari238
Kimi RəykkönenFerrari238
Daniel RikkardoRed Bull238
Maks FerstappenRed Bull238
Serxio PeresForce İndia328
Esteban OkonForce İndia328
Ləns StrollWilliams517
Sergey SirotkinWilliams427
Karlos SaynsRenault328
Niko HülkenberqRenault328
Pyer QasliToro Rosso238
Brendon HartliToro Rosso238
Roman QrojanHaas247
Kevin MaqnussenHaas337
Fernando AlonsoMcLaren247
Stoffel VandornMcLaren247
Markus ErikssonSauber247
Şarl LeklerSauber337

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 145
Teqlər , ,
Paylaş

logo