11 Dekabr 2017, Bazar ertəsi - 13:32

Pirelli Kanada Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Kanada Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:14 - 30 May, 2017

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Kanada Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

Xatırladaq ki, italyanlar əvvəlcədən Jil Vilnöv adına tras üçün Monakoda olduğu kimi ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirəcəklərini elan etmişdilər. Maraqlıdır ki, Mercedes komandası Ferrari-dən fərqli seçim etməklə, komandanın sürücülərinin də bərk təkərlərdə seçimləri fərqli olub. Sonda qeyd edək ki, bərk tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

SürücüKomandaSoftSuperSoftUltraSoft
Lyuis HəmiltonMercedes AMG148
Valtteri BottasMercedes AMG238
Daniel RikkardoRed Bull157
Maks FerstappenRed Bull157
Sebastyan FettelFerrari139
Kimi RəykkönenFerrari139
Serxio PeresForce İndia238
Esteban OkonForce İndia238
Felipe MassaWilliams247
Ləns StrollWilliams157
Fernando AlonsoMcLaren1210
Stoffel VandornMcLaren2110
Karlos SaynsToro Rosso238
Daniil KvyatToro Rosso238
Roman QrojanHaas157
Kevin MaqnussenHaas247
Niko HülkenberqRenault247
Colion PalmerRenault247
Markus ErikssonSauber337
Paskal VerlyaynSauber247

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 233
Teqlər , , , , ,
Paylaş

logo