20 Noyabr 2017, Bazar ertəsi - 06:09

Pirelli Kanada QP üçün təkər seçimini elan edib

Pirelli Kanada QP üçün təkər seçimini elan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:31 - 28 Fevral, 2016

Pirelli şirkəti Kanada Qran Prisi üçün təkər seçimini elan edib: dünya çempionatının yeddinci mərhələsinin yarışında UltraSoft tərkibindən istifadə olunacaq.

Beləliklə, Monreala təkər istehsalçısı Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirəcək. Yarış üçün məcburi tərkib iki dəst Soft təkərləri seçilib. Bazar günü hər bir sürücünün ixtiyarında bu iki dəst olmalıdır və onlarından ən azı biri istifadə olunmalıdır.

Sıralanma turu üçün məcburi tərkib UltraSoft seçilib.

Builki reqlamentə uyğun olaraq, hər bir sürücü sıralanma turunun son sessiyasına həftəsonu üçün seçilən 3 tərkibdən ən yumşağından bir dəst saxlamalıdır. Son sessiyanın iştirakçıları sıralanma turundan sonra həmin istifadə olunmuş dəsti Pirelli-yə qaytarmalıdırlar, digərləri isə bu dəstdən bazar günü yarışda istifadə edə bilərlər. Komanda ixtiyarında olan digər təkər dəstlərinin sayını özü seçir və istifadəsində azaddır: komandalar həftəsonu üçün 13 dəst təkər seçə bilərlər.

F-1.az Pirelli-yə istinadən xatırladır ki, builki qaydalara əsasən, şirkət Avropa yarışları üçün təkər seçimini yarışa 8 həftə qalmış elan edir, Avropadan kənarda olan yarışlara isə təkər seçimi yarışa 14 həftə qalmış elan olunur…

Mərhələ / TərkiblərUltraSoftSuperSoftSoftMediumHard
Markalanma rəngiBənövşəyiQırmızıSarıNarıncı
Avstraliya Qran PrisiSuperSoftSoftMedium
Bəhreyn Qran PrisiSuperSoftSoftMedium
Çin Qran PrisiSuperSoftSoftMedium
Rusiya Qran PrisiSuperSoftSoftMedium
İspaniya Qran Prisihələ elan olunmayıb
Monako Qran Prisihələ elan olunmayıb
Kanada Qran PrisiUltraSoftSuperSoftSoft

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 263
Teqlər , , , ,
Paylaş

logo