12 Dekabr 2018, Çərşənbə - 23:16

Pirelli ilk yarışlara olan təkər seçimini şərh edib

Pirelli ilk yarışlara olan təkər seçimini şərh edib

Müəllif: Elçin Zodorov, redaktor

12:20 - 09 Yanvar, 2018

F-1.az dekabrda xəbər vermişdi ki, italyan şirkət Avstraliya, Bəhreyn və Çin Qran Prilərinə hansı tərkibləri gətirəcəyini elan edib. Qərarlar mühafizəkar olub – yeni HyperSoft tərkibini ilk üç yarışda görməyəcəyik.

Mario İzola ilk yarışlarda ən yumşaq tərkiblərin şəraitə uyğun olacağına şübhə etdiklərini bildirib.

Mario İzola: “Hər yarışa bir sıra xüsusi kriteriyalara görə tərkibləri təyin edirik. Əlbəttə, bizim əlimizdə tərkiblərin hər bir trasda əvvəlki illərdə olan aşınma, asfaltla ilişmə dərəcəsi barədə məlumatlar var. Bundan başqa, biz komandaların əvvəlki illərdəki taktikaları, strategiyaları, əylənmə və sürətlənmələri, hava şəraiti barədə zəngin məlumata sahibik. Bütün bu məlumatlara görə biz hansı tərkiblərin daha yaxşı olacağını təxmini təyin edə bilirik. Bundan başqa, asfaltın temperaturu və codluluğu da nəzərə alınmalıdır. Bütün bunları nəzərə aldıqda, ilk üç yarışda HyperSoft tərkiblərin effektiv olacağına inamımız az idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 167
Teqlər , ,
Paylaş

logo