16 Noyabr 2018, Cümə - 07:26

Pirelli gələn ildən təkərlərin yeni markalanmasını təqdim edib

Pirelli gələn ildən təkərlərin yeni markalanmasını təqdim edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:12 - 20 Oktyabr, 2018

Biz xəbər vermişdik ki, gələn ildən Pirelli çempionat iştirakçılarına verdiyi təkərlərin həm rəngli markalanmasını, həm də tərkib adlarını dəyişəcək.

F-1.az xəbər verir ki, bu gün Ostində baş tutan təqdimatda elan olunub ki, gələn ildən italyanların təkərləri cəmi 3 ad altında sürücülərə veriləcək – Hard (ağ), Medium (sarı) və Soft (qırmızı), amma hər bir ad altında konkret həftəsonu üçün seçilmiş tərkiblər olacaq, yəni 6 tərkibdən hər bir Qran Priyə 3 tərkib seçiləcək: Hard, Medium, Soft, SuperSoft, UltraSoft və HyperSoft. Pirelli və Liberty Media qərara alıblar ki, yeni qaydalar azarkeşlər üçün də asan olacaq.

Mario İzola: “Biz azarkeşlər üçün həm rənglərin, həm də tərkib adlarının sayını azaltmaq istəyirdik – indi 3 əsas rəng və ad olacaq. Hər bir konkret tərkibin isə nömrəsi olacaq – hər bir Qran Pridən əvvəl biz hansı nömrənin hansı ad və hansı rəngə aid olduğunu elan edəcəyik.

Məsələn, həftəsonundan əvvəl deyəcəyik ki, Hard – 2 nömrəli, Medium – 3 nömrəli, Soft isə 4 nömrəli tərkibə uyğundur. Başqa bir həftəsonu üçün seçim tam fərqli ola bilər, amma azarkeşlər daim elə eyni rəngləri görəcəklər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 262
Teqlər ,
Paylaş

logo