20 Oktyabr 2017, Cümə - 21:45

Pirelli Fettelin sonuncu təkər probleminin səbəbini açıqlayıb

Pirelli Fettelin sonuncu təkər probleminin səbəbini açıqlayıb

Müəllif: Elçin Zodorov, redaktor

19:11 - 21 İyul, 2017

F-1.az xatırladır ki, ötən həftəsonu baş tutan Britaniya Qran Prisində Ferrari-nin hər iki sürücüsünün maşınlarında sol ön təkərlərində problem yaranmışdı – Rəykkönendə təkərin üst qatı açılmış, Fetteldə isə deşilərək tamamilə dağılmışdı.

İtalyan şirkətin yayımladığı mətbuat relizində deyilir: “Pirelli şirkəti Sebastyan Fettelin maşınının Silverstounda partlamış sol ön təkəri (Soft tərkibli) üzərində təhlillərini başa çatdırıb. Yarış günündə də aydın olduğu kimi, təkərin dağılmasına kiçik deşik səbəb olub. Boksa qayıdarkən təkərin təzyiqi normadan xeyli aşağı olub və bu da tamamilə dağılması ilə nəticələnib.

Kimi Rəykkönenin qarşılaşdığı problemin səbəbini öyrənmək üçün əlimizdə olan material azdır. Buna görə də laboratoriyamızda təhlillər davam edir. Bizə yekun nəticəyə gəlmək üçün daha bir neçə gün lazımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 466
Teqlər , , , , ,
Paylaş

logo