16 Dekabr 2017, Şənbə - 15:09

Pirelli Əbu-Dabi Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Əbu-Dabi Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

16:22 - 14 Noyabr, 2017

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Əbu Dabi Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

Bu dəfə seçimlər rəngarəng olub – beş komandanın sürücüləri fərqli təkərlər sifariş ediblər. Sonda qeyd edək ki, Soft və SuperSoft tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

SürücüKomandaSoftSuperSoftUltraSoft
Lyuis HəmiltonMercedes AMG229
Valtteri BottasMercedes AMG139
Daniel RikkardoRed Bull1210
Maks FerstappenRed Bull139
Sebastyan FettelFerrari1210
Kimi RəykkönenFerrari1210
Serxio PeresForce İndia1210
Esteban OkonForce İndia229
Felipe MassaWilliams1210
Ləns StrollWilliams2110
Fernando AlonsoMcLaren1210
Stoffel VandornMcLaren1210
Brendon HartliToro Rosso139
Pyer QasliToro Rosso139
Roman QrojanHaas229
Kevin MaqnussenHaas229
Niko HülkenberqRenault148
Karlos SaynsRenault148
Paskal VerlyaynSauber229
Markus ErikssonSauber1210

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 474
Teqlər , , , , ,
Paylaş

logo